Xəbərlər

14.12.2021 13:20

MMX əməkdaşı BMT-nin tədbirinə qatılıb

 

2021-ci ilin 13 dekabr tarixində Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına tərəf dövlətlərin konfransının 9-cu sessiyası başlayıb. Beş gün davam edəcək konfrans çərçivəsində 14 dekabr tarixində Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə “İanə toplanması üzrə fəaliyyətin korrupsiya və əlaqəli cinayətkarlıq məqsədləri üçün sui-istifadə edilməsi” mövzusunda paralel tədbirdə MMX-nin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev təqdimatla çıxış edib.

Təqtimatın əsas məqsədi dünya ictimaiyyətinin diqqətinin, xüsusilə Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları və xeyriyyə fondları tərəfindən toplanan ianələrin korrupsiya, silahlı separatizm, ekstrimizim və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə edilməsinə yönəldilməsi olub.

Onu da qeyd edək ki, iki ildən bir keçirilən və korrupsiyaya qarşı mübarizə sahəsində ən mötəbər qlobal tədbir hesab olunan bu konfrans zamanı BMT üzv dövlətləri tərəfindən Konvensiyanın müddəalarının icrası nəzərdən keçirilir və bu istiqamətdə beynəlxalq əməkdaşlıq, eləcə də texniki dəstək imkanları nəzərdən keçirilir. 

14-12-2021 | 13:20
← Geriyə