Xəbərlər

24.12.2021 15:55

Maliyyə Monitorinqi Xidməti monitorinq subyektləri üçün təlim keçirib

Cari ilin 24 dekabr tarixində Maliyyə Monitorinqi Xidmətinin (MMX) təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən bankların PL/TMM sahəsində çalışan mütəxəssisləri üçün “MS Office 365 Excel yeni funksiya və alətlərinin izahı, Power Query və Power BI ilə tanışlıq” mövzusunda təlim keçirilib. 

Təlimçi “Microsoft” şirkətinin “Office 365 Excel” proqramı haqqında təqdimatla çıxış edib, iştirakçılara yeni funksiya və alətləri, onların praktik misallar üzərində istifadəsi üzrə geniş məlumat verib. Təlim zamanı, həmçinin “Google Sheets” əlavəsinə dair də geniş bilgilər verilib və sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Təlimdə Azərbaycanda fəaliyyət göstərən bankların 26 məsul əməkdaşı iştirak edib. 

24-12-2021 | 15:55
← Geriyə