Xəbərlər

19.01.2023 12:50

PL/TMM sisteminin effektivliyi üzrə təlimlər təşkil edilib

Cari ilin 16-19 yanvar tarixlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 21 oktyabr tarixli 404 nömrəli Qərarı ilə təsdiq edilmiş Koordinasiya Şurasında təmsil edilən təşkilatların məsul əməkdaşları, habelə müvafiq özəl sektor təmsilçiləri üçün qarşılıqlı qiymətləndirməyə hazırlıq məqsədi ilə milli mübarizə sisteminin effektivliyi üzrə təlim təşkil edilib.

Təlimə Koordinasiya Şurasının üzvü olan hüquq mühafizə, nəzarət orqanları, habelə monitorinq subyektlərindən məsul əməkdaşlar qatılıb. 

Təlimdə risk əsaslı yanalşma, ən yaxşı beynəlxalq təcrübə nümunələri, qurumlar arası koordinasiya, özəl-dövlət tərəfdaşlığının rolu və digər aktual mövzulara toxunulub.

Qeyd edək ki, sözügedən tədbirə ümumilikdə 40-dan çox iştirakçı qatılıb. 

19-01-2023 | 12:50
← Geriyə