Aktivləri səhvən dondurulmuş şəxslər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 29-cu bəndinə əsasən eyniləşdirmə məlumatlarının uyğunluğuna görə aktivləri səhvən dondurulmuş şəxs tətbiq edilmiş tədbirlərin aradan qaldırılması məqsədi ilə maliyyə monitorinqi orqanına müraciət ünvanlandırmalı, eyniləşdirmə məlumatlarını təsdiq edən sənədləri təqdim etməlidir. Maliyyə monitorinqi orqanı müraciət daxil olduqdan 1 iş günü müddətində şəxsin eyniləşdirmə məlumatlarının uyğunluğunu yoxlayır və aktivlərin səhvən dondurulduğu aşkar edildikdə, dərhal aktivlərin azad olunması barədə qərar çıxarır və icra edilməsi üçün dondurulmanı həyata keçirən subyektə göndərir.
← Geriyə