Xəbərlər

09.02.2023 14:20

Öhdəlik daşıyan şəxslərə hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlara çıxış imkanı verilib

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.9 maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada maliyyə monitorinqi orqanına, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada öhdəlik daşıyan şəxslərə verilməsi nəzərdə tutulmuşdur. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 433 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nın tələblərinin icra edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maliyyə Monitorinqi Xidməti tərəfindən E-portal sistemində (https://new.e-taxes.gov.az/eportal/az/müvafiq məlumatlara çıxış imkanları yaradılmışdır.  

Öhdəlik daşıyan şəxslər e-Portal sistemində istifadəçi səhifələrinə daxil olmaqla kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları, o cümlədən kommersiya hüquqi şəxslərin dövlət reyestrində olan digər məlumatları əldə edə bilərlər.

Təlimat ilə burada tanış ola bilərsiniz.

 

09-02-2023 | 14:20
← Geriyə