Xəbərlər

26.04.2023 12:50

MMX ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Cari ilin 18 aprel tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi MMX-nin İdarə Heyətinin sədri cənab Zaur Fətizadə və Baş prokurorun müavini – Baş idarə rəisi cənab Nazim Rəcəbov imzalayıb.

Bu Anlaşma Memorandumunun imzalanması ilə bundan sonra iki qurum arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müntəzəm və effektiv məlumat və təcrübə mübadiləsi mexanizmi yaradılacaq və bu sahədə səmərəliliyin artırılması məqsədilə tərəflər arasında birgə fəaliyyət koordinasiya ediləcək və əməkdaşlıq gücləndiriləcəkdir.

26-04-2023 | 12:50
← Geriyə