Xəbərlər

06.05.2023 15:00

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları arasında şahmat turniri keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkəmizdə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Maliyyə Monitorinqi Xidmətində şahmat turniri keçirilib. 
Turnirin keçirilməsində məqsəd ölkəmizdə şahmatın inkişaf strategiyasının əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir. 
Açılışda MMX-nin İdarə Heyətinin sədri cənab Zaur Fətizadə çıxış edərək ulu öndərin bu intellektual idman növünə verdiyi yüksək diqqət və qayğıdan danışıb, şahmatın insanların intellektual bacarıqlarının möhkəmləndirdiyini vurğulayıb və yarış iştirakçılarına uğurlar arzu edib.
Yarışın sonunda qaliblər mükafatlandırılıb.

06-05-2023 | 15:00
← Geriyə