Xəbərlər

08.05.2023 12:00

Notariuslar üçün təlim keçirilib

Cari ilin 6-7 may tarixlərində Lənkəran şəhərində MMX əməkdaşı Azərbaycan Notariat Palatası tərəfindən “Müasir dövrdə notariat fəaliyyətinin aktual praktiki məsələləri" mövzusunda təşkil edilən seminarda təlimçi qismində iştirak edib.

MMX-nin Hüquq departamentinin direktoru Azər Abbasov çıxışında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində beynəlxalq və milli qanunvericilik aktlarından bəhs edib. A. Abbasov həmçinin notariusların ƏL/TMM sahəsindəki öhdəlikləri barədə iştirakçılara ətraflı məlumat verib. 

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

08-05-2023 | 12:00
← Geriyə