Xəbərlər

10.05.2023 16:00

MMX-də ulu öndərin əziz xatirəsi yad edilib

Cari ilin 10 may tarixində MMX-də ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar iclas keçirilib. 

İdarə Heyətinin sədri cənab Zaur Fətizadə iclası açaraq ümummilli liderin dövlət quruculuğu, ölkəmizin iqtisadiyyatı, elm və təhsil, incəsənət, səhiyyə, mədəniyyət, idman, o cümlədən korrupsiya, iqtisadi cinayətlər və terrorçuluqla mübarizə sahələrində gördüyü əvəzsiz işlərdən bəhs edib. Z.Fətizadə çıxışında dahi şəxsiyyət Heydər Əliyevin ölkəmiz və xalqımızın rifahı üçün həyata keçirdiyi islahatlar və apardığı siyasətin müasir və müstəqil Azərbaycanın qurulmasında daşıdığı rolun əhəmiyyətini vurğulayıb.

Daha sonra İdarə Heyəti sədrinin müşaviri Kəmalə Əliyeva ulu öndərin hüquq, konstitusiya və məhkəmə sahələrində həyata keçirdiyi islahatlardan danışıb, iqtisadi sahədə pozuntuların aradan qaldırılması, vətəndaşların mülkiyyət hüquqlarının qorunması üçün qəbul edilmiş fərmanlar və sərəncamların əhəmiyyətinə diqqəti yönəldib. 

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

10-05-2023 | 16:00
← Geriyə