Xəbərlər

03.10.2023 14:55

Maliyyə Monitorinqi Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının işçi görüşü keçirilib

Cari ilin 3 oktyabr tarixində Maliyyə Monitorinqi Xidməti (MMX) və Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq əməkdaşları arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli 3770 nömrəli Sərəncamının icrasından irəli gələn tapşırıqların vaxtında və düzgün təmin edilməsi üçün Milli Fəaliyyət Planında qeyd edilən tədbirlərin icrası məqsədilə müzakirələrin aparılması, DGK-nin səlahiyyətlərinə aid edilən tədbirlər, terrorçuluğun maliyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məsələlər müzakirə olunub.

Dövlət Gömrük Komitəsindən müvafiq sahə üzrə məsul olan 10-a yaxın əməkdaşı sözügedən görüşdə iştirak edib.

03-10-2023 | 14:55
← Geriyə