Xəbərlər

13.12.2023 16:10

Strasburqda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı keçirilmiş tədbirdə MMX nümayəndə heyəti iştirak edib

Cari ilin 13 dekabr tarixində Fransa Respublikasının Strasburq şəhərində Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr edilən tədbirdə Maliyyə Monitorinqi Xidmətinin nümayəndələri iştirak edib.

Tədbirə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilərək başlanılıb. Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Ümummilli Liderin dövlət quruculuğu, ölkəmizin iqtisadiyyatı, elm və təhsil sahəsində ölkəmizin inkişafa yönəldən fəaliyyətlərindən bəhs edib.

O, 1993-cü ildə Azərbaycan xalqı öz taleyini yenidən Ulu Öndərə həvalə edəndə, Azərbaycan tarixinin ən çətin dövrlərində ölkəni iqtisadi tərəqqiyə, siyasi yüksəlişə və mədəni intibaha aparan yolun Heydər Əliyevin uzaqgörən siyasətinin nailiyyətlərindən biri olduğunu bildirib.

Tədbirdə TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın müəllifi olduğu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Liderin ürəyi” sənədli filmi nümayiş olunub.

13-12-2023 | 16:10
← Geriyə