Xəbərlər

15.12.2023 15:50

Azərbaycanın MONEYVAL Komitəsi tərəfindən 5-ci raund qiymətləndirmə prosesi başa çatıb

Cari ilin 11-15 dekabr tarixlərində Fransa Respublikasının Strasburq şəhərində Avropa Şurasının MONEYVAL Komitəsinin 66-cı plenar iclası baş tutub. İclasda MONEYVAL Komitəsi tərəfindən Azərbaycanın 5-ci raund qarşılıqlı qiymətləndirilməsinin yekun hesabatının layihəsi dinlənilib. 

Azərbaycanda son 5 il ərzində ƏL/TMM sahəsində görülmüş işlər, əldə edilmiş nailiyyətlər müzakirə olunub və MONEYVAL tərəfindən müsbət qiymətləndirilib. 

Qiymətləndirmə hesabatı müzakirələrdən sonra qəbul edilib və ƏL/TMM sisteminin təkmilləşdirilməsi üçün görüləcək işlər barədə tövsiyələr verilib.

Qeyd edilməlidir ki, qiymətləndirmə prosesi ötən ilin martında qiymətləndiricilərin ölkəyə səfəri ilə başlanılmış və ölkəmizin ƏL/TMM sisteminin texniki cəhətdən FATF standartlarına uyğunluğu, eləcə də effektivlik baxımından səmərəliliyi qiymətləndirilib. Hesabat layihəsinin hazırlanmasının prosedur qaydasına uyğun olaraq, MONEYVAL-ın plenar iclasına qədər qiymətləndiricilərlə müvafiq müzakirələr və görüşlər təşkil edilmişdir.

MONEYVAL Komitəsinin 66-cı plenar iclası gündəliyində duran digər məsələlərin müzakirəsi ilə işini davam etdirib.

Azərbaycanı Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri cənab Zaur Fətizadənin rəhbərlik etdiyi  və  Mərkəzi Bank, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq sahə üzrə ixtisaslaşmış əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

15-12-2023 | 15:50
← Geriyə