Xəbərlər

22.12.2023 14:30

Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilib

Cari ilin 21 dekabr tarixində Maliyyə Monitorinqi Xidməti və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli şübhəli hallar aşkar olunduqda tətbiq edilməli olan prosedurlar və qaydalar” mövzusunda Dövlət Gömrük Komitəsinin müvafiq sahə üzrə fəaliyyət göstərən əməkdaşları üçün təlim keçirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında təşkil edilmiş təlimdə MMX-nin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində ixtisaslaşmış təcrübəli əməkdaşları Mehman Əliyev və Ayaz Şahbazi tərəfindən ƏL/TMM və kütləvi qırğın silahlarının yayılması anlayışları, FATF Tövsiyələri, sözügedən sahədə qanunvericiliyin tələbləri auditoriyanın diqqətinə çatdırılıb. Tədbirdə həmçinin qarşıdakı illərdə birgə əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb. 

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıb.

Qeyd edək ki, təlimə, ümumilikdə, 15 nəfər iştirakçı qatılıb. 

 

22-12-2023 | 14:30
← Geriyə