Xəbərlər

28.12.2023 16:30

Koordinasiya Şurasının növbəti iclası keçirilib

2023-cü ilin 28 dekabr tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 451 nömrəli Qərarına əsasən yaradılmış cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində yaradılmış Koordinasiya Şurasının növbədənkənar iclası keçirilib.

İclasda Şuranın, Şuranın Katibliyinin, eləcə də müvafiq risk qiymətləndirilməsinin aparılması məqsədilə işçi qrupların tərkibi təsdiq edilib.

MMX-nin İdarə Heyətinin sədri cənab Zaur Fətizadə Avropa Şurasının MONEYVAL Komitəsinin 5-ci raund qiymətləndirilməsi çərçivəsində qəbul edilmiş qarşılıqlı qiymətləndirmə hesabatı və ondan irəli gələn görülməli işlər barədə üzvlərə məlumat verib. 

İclasın yekununda Şuranın 2024-cü il üçün tədbirlər planı və görülmüş işlər barədə məlumatların təqdim edilməsi üçün cədvəl nümunələri təsdiq edilib və digər müvafiq tapşırıqlar verilib.

28-12-2023 | 16:30
← Geriyə