Xəbərlər

22.01.2024 08:35

İdarə Heyətinin iclası keçirilib

Cari ilin 19 yanvar tarixində Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin növbəti iclası keçirilib. Idarə Heyətinin sədri Zaur Fətizadə iclası açaraq heyətin üzvlərini və digər iştirakçıları salamlayıb. Gündəlikdə duran cari məsələlərə keçməzdən əvvəl, 20 yanvar faciəsindən və şəhidlərin xatırlanmasının önəmindən danışıb. 

İclasın gündəliyində duran əsas məsələ struktur bölmələrin ötən ilki fəaliyyəti ilə bağlı hesabatlarının dinlənilməsi olub. İclasda struktur bölmə rəhbərləri çıxış edərək 2023-cü il ərzində gördüyü işləri məruzə edib, əldə edilmiş nəticələr, qarşıda duran məsələlər və gələcək perspektivlər müzakirə olunub. 

 

 

22-01-2024 | 08:35
← Geriyə