Xəbərlər

29.02.2024 13:25

Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilib

Cari ilin 28 fevral tarixində Maliyyə Monitorinqi Xidməti və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sisteminin əsasları və təməl anlayışları” mövzusunda təlim keçirilib.

MMX-nin əməkdaşı Leyla Bağırova təlimdə ƏL/TMM sistemi haqqında təqdimatla çıxış edib, maliyyə monitorinqi orqanının fəaliyyətinə dair videoçarx nümayiş etdirib. Daha sonra MMX-nin müvafiq sahə üzrə təcrübəli mütəxəssisi, Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev ƏL/TMM haqqında Qanunvericiliyin tələbləri, FATF Tövsiyələri barəsində geniş məlumat verib və hazırlanmış təqdimatı iştirakçıların diqqətinə çatdırılıb.

Təlim sual-cavab sessiyası ilə başa çatıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində fərqli sahələrdə çalışan, eyni zamanda Gömrük Komitəsinin Akademiyasında təhsil alan 30-dan çox əməkdaşı qatılıb. 

 

 

29-02-2024 | 13:25
← Geriyə