Maliyyə Monitorinqi Xidməti və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə cari ilin 27-30 noyabr tarixlərində öhdəlik daşıyan şəxslərin əməkdaşlarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər keçirilib.
Təlim boyunca iştirakçılara əməliyyatların monitorinqi, şübhəli əməliyyat sxemlərinin müəyyən olunması, təhlili, təhlil hesabatlarının hazırlanması, əməliyyatın və əməliyyat sxemlərinin şübhəli olub olmamasına dair qərarların qəbul edilməsi, şel şirkətlərlə bağlı əməliyyatların təhlil keyfiyyətinin yüksəldilməsi kimi mühüm mövzular barədə ətraflı məlumat
verilib.
Təlimdə Maliyyə Monitorinqi Xidməti tərəfindən 2022-2023-cü illər ərzində öhdəlik daşıyan şəxslər tərəfindən təqdim olunan şübhəli məlumatlar əsasında aparılan araşdırma nəticəsində müəyyən edilən tipologiyalar auditoriyanın diqqətinə çatdırılıb.
Çıxışların sonunda auditoriyanı maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, 4 gün davam edən təlimlərə ümumilikdə 130 nəfər iştirakçı qatılıb.