Ölkədaxili əməkdaşlıq

MMX Azərbaycanda PL/TMM məqsədi ilə bir sıra hökumət qurumları/dövlət orqanları ilə sıx əməkdaşlıq edir.

Maliyyə kəşfiyyatı və şübhəli əməliyyatlarına dair məlumatların müvafiq dövlət orqanları arasında mübadiləsi ölkəmizdə PL/TMM mənzərəsinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verir, cinayət fəaliyyətini aşkarlamaq və qarşısını almaqda yardımçı olur. Bu tərəfdaşlıq nəticəsində MMX milli təhlükəsizliyin və iqtisadi sistemin müvafiq dövlət orqanları/qurumları ilə birlikdə gücləndirməyə çalışır.

Belə ki, MMX üçün PL/TMM üzrə aidiyyəti dövlət orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın təmin edilməsi və müxtəlif sahələri əhatə edən fəaliyyətlərin əlaqələndirilməsi ön planda dayanır.

PL/TMM sahəsində fəaliyyət göstərən orqanlar arasında əməkdaşlıq müvafiq hüquqi-normativ aktlar əsasında təmin olunur. Əməkdaşlığın əsas istiqamətləri kimi PL/TMM sahəsində (i) qarşılıqlı informasiya mübadiləsi; (ii)məlumat bazalarından birgə istifadənin təmin edilməsi; (iii) hüquqi yar dım sorğularının cavablandırılması; (iv) birgə tədqiqatların aparılması, analitik və metodiki materialların hazırlanması; (v) normativ xarakterli aktların birgə hazırlanması; (vi) konfransların, seminarların və təlimlərin təşkili üzrə tədbirlərin həyata keçirilməsini əhatə edir.

Ölkədaxili əməkdaşlıq həmçinin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin milli risk qiymətləndirilməsi üzrə Koordinasiya Şurası çərçivəsində müvafiq qaydada aparılır.

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, Maliyyə Monitorinqi Xidməti ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən aidiyyəti orqanların siyahısı aşağıda verilir:
← Geriyə