Cari ilin 4 dekabr tarixində Maliyyə Monitorinqi Xidməti və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Əmlakın leqallaşdırılması əməlinin tövsifi, sübutetmə və xüsusi müsadirə məsələləri” mövzusunda hakimlər üçün təlim keçirilib.
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında baş tutan təlimdə MMX-nin müvafiq sahə üzrə təcrübəli əməkdaşları Nurlan Babayev və Aytən Mirzəzadə tərəfindən “Əmlakın leqallaşdırılması əməlinə dair beynəlxalq standartlar və bu əməlin tövsifi ilə bağlı milli yanaşma”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirəsi: beynəlxalq standartlar və ölkəmizdə mövcud durum” kimi mövzular üzrə çıxış edib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıb.
Qeyd edək ki, təlimdə ümumilikdə 20 nəfər dinləyici iştirak edib.