You are here: 
Münzen ges

Hakimlər üçün təlim keçirilib

Release Date:

Cari ilin 14 iyun tarixində Maliyyə Monitorinqi Xidməti (MMX) və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Hakimlərin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində rolu” mövzusunda təlim keçirilib.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında baş tutan təlimdə MMX-nin müvafiq sahə üzrə təcrübəli əməkdaşları Nurlan Babayev, Aytən Mirzəzadə və Şahin Əliyev tərəfindən müvafiq olaraq “Əmlakın leqallaşdırılması cinayətinin tövsifi və MMX məlumatlarından istifadə ilə bağlı MONEYVAL tərəfindən müəyyən olunan çatışmazlıqlar və irəli sürülən tövsiyələr”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməlinin beynəlxalq standartlara uyğun şəkildə tövsifi zamanı konstitusion hüquqların təmin edilməsi, əmlakın leqallaşdırılması və əlaqəli predikativ cinayətlərin sübut edilməsi zamanı hüquq mühafizə orqanları tərəfindən MMX məlumatlarından istifadənin əhəmiyyəti” kimi mövzular üzrə çıxış edib.

Sonda təlimçilər hakimlər tərəfindən ünvanlanan sualları cavablandırıb.

Qeyd edək ki, təlimdə ümumilikdə 25 nəfər dinləyici iştirak edib.

Previus news:
Next news: