Cari ilin 21 noyabr tarixində Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin qərarı ilə “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin inzibati xətaya dair protokol tərtib etmək səlahiyyətinin icra proseduruna dair Təlimat” təsdiq edilib.
Sözügedən Təlimat Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maiyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nin 3.1.13-cü yarımbəndindən irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsini təmin etmək məqsədilə hazırlanmışdır.
Eyni zamanda, bu Təlimat Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na uyğun olaraq inzibati xətaya dair protokol tərtib etmək səlahiyyətinin icra prosedurunu müəyyənləşdirir.
Təlimatın mətninə buradan baxmaq mümkündür.