Release Date:
29–31 may tarixlərində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməli üzrə istintaqın xüsusiyyətləri” mövzusunda təlim keçirilib.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində baş tutan təlimdə Maliyyə Monitorinqi Xidmətinin müvafiq sahə üzrə təcrübəli mütəxəssisi Aytən Mirzəzadə çıxış edib. Məruzəsində Cinayət Məcəlləsinin 193-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin tərkib elementləri, tövsifi aspektləri və istintaq xüsusiyyətlərindən bəhs edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlər üzrə müzakirələr aparılıb.
Təlimdə dinləyici qismində hakimlər, prokurorluq əməkdaşları və vergi xidmətinin müstəntiqləri iştirak edib.