Cari ilin 17 - 18 aprel tarixlərində Avstraliyanın Kanberra şəhərində Eqmont Komitəsinin növbəti görüşü keçirilib.
Tədbirdə Maliyyə Monitorinqi Xidmətini Eqmont Qrupunun Üzvlük, dəstək və uyğunluq işçi qrupunun sədri Fuad Əliyev təmsil edib.
Eqmont Komitəsinin üzvləri cari ilin yanvar ayında Maltada 2024-cü il işçi və regional qrup görüşlərində və Paris şəhərində keçiriləcək 30-cu plenar iclasa hazırlıq çərçivəsində qəbul edilmiş qərarlardan irəli gələn əsas strateji məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Kanberrada təşkil edilmiş iclasda Komitənin növbəti sessiyalararası görüşünün 2025-ci ildə Bakı şəhərində keçirilməsinə dair qərar yekdilliklə qəbul olunub.
Üzvlər, həmçinin Avstraliyanın maliyyə monitorinqi orqanı tərəfindən hazırlanmış dövlət-özəl tərəfdaşlıq təşəbbüsü və təhlildə tətbiq edilən qabaqcıl informasiya texnologiyaları haqqında daha çox məlumat əldə etmək üçün Sidneydə Fintel Alyansı tərəfindən təşkil edilmiş informativ sessiyada iştirak ediblər.
Tədbirdə ƏL/TMM ilə mübarizədə beynəlxalq koordinasiya və əməkdaşlığın vacibliyini barədə fikir mübadiləsi aparılıb.