You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidməti Vəkillər Kollegiyası ilə birgə təlim keçirib

Release Date:

Cari ilin 26 aprel tarixində Maliyyə Monitorinq Xidməti və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillərin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində rolu” mövzusunda təlim keçirilib.

Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində keçirilən təlimdə Maliyyə Monitorinq Xidməti müvafiq sahə üzrə təcrübəli əməkdaşları Nurlan Babayev, Kifayət Nəsirli və Nilufər Abdullayeva  “Vəkil sirri və vəkilin ƏL/TMM üzrə öhdəlikləri”, “Benefisiar mülkiyyətçinin müəyyənləşdirilməsi üsul və vasitələri” kimi mövzular üzrə çıxış ediblər. 

Sonda təlimçilər iştirakçıları maraqlandıran sualları cavablandırıb, qarşılıqlı müzakirələr aparıb.

Qeyd edək ki, sözügedən tədbirdə Vəkillər Kollegiyasının ƏL/TMM sahəsində fəaliyyət göstərən 25 əməkdaşı iştirak edib.

 

Previus news:
Next news: