You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidmətinin nümayəndə heyəti EqmontQrupunun plenar iclas və görüşlərində iştirak edib

Release Date:

Cari ilin 2-7 iyun tarixlərində Fransanın Paris şəhərində Eqmont Qrupunun 30-cu plenar iclası keçirilib. Fransanın Maliyyə Kəşfiyyatı Bölməsinin (Tracfin) ev sahibliyi etdiyi tədbirdə dünyanın hər yerindən Eqmont Qrupunun  (EQ) üzvlərinin və beynəlxalq tərəfdaşların 400 nümayəndəsi iştirak edib.

Plenar müzakirələrində Maliyyə Monitorinqi Xidməti tərəfindən “Vergi cinayətləri ilə mübarizədə yeni nəsil maliyyə monitorinqi orqanlarının rolu” mövzusunda təqdimatla çıxış edilib.

MMX həmçinin Kongo Demokratik Respublikasının (KDR) maliyyə monitorinqi orqanının EQ-yə üzv olmaq müraciətinə rəyçi qismində baxıb və Avropa 2 regional qrupunun iclasında aparılacaq region ölkələrinin qarşılıqlı qiymətləndirmə hesabatlarının horizontal təhlili üzrə layihənin təqdimatını edib.

Qeyd edək ki, hazırda 177 ölkənin maliyyə monitorinqi orqanının üzvü olduğu EQ-yə tədbir zamanı yeni sədr və sədr müavini seçildi.

Qlobal bir təşkilat olaraq EQ üzv maliyyə monitorinqi orqanları arasında məlumat, bilik və və təcrübə mübadiləsini asanlaşdırır, eləcə də əməkdaşlığı təşviq edir. EQ cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, əlaqəli predikativ cinayətlər və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə təcrübə və maliyyə kəşfiyyatının mübadiləsi üçün təhlükəsiz platforma təklif edir.

Previus news:
Next news: