Cari ilin 30 may tarixində Avrasiya Qrupunun (EAG) 40-cı plenar iclası çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Çin Xalq Respublikasının Çirkli Pulların Yuyulmasına qarşı Monitorinq və Təhlil Mərkəzi arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının, əlaqəli predikat cinayətlərin və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına (ƏL/TMM) dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun imzalanmasında məqsəd hər iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına doğru irəliləmək, habelə ƏL/TMM sahəsində effektiv məlumat mübadiləsini inkişaf etdirməkdir. Bununla da, iki ölkə arasındakı mövcud olan əməkdaşlıq ƏL/TMM sahəsində də dərinləşəcək, yeni, daha sıx mərhələyə qədəm qoyacaq.