Release Date:
Cari ilin 1 may tarixində Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasın gündəliyində duran əsas məsələ struktur bölmələrin cari ilin 1-ci rübü ərzindəki fəaliyyəti ilə bağlı hesabatlarının dinlənilməsi olub.
Xidmətin 2024-cü il üzrə təsdiq olunmuş iş planına əsasən tədbirlərin icrası ilə bağlı əldə edilmiş nəticələr, qarşıda duran məsələlər və gələcək perspektivlər müzakirə olunub.