You are here: 
Münzen ges

FİNTEX SAMMİT BAKI beynəlxalq forumunda Maliyyə Monitorinqi Xidməti təmsil olunub

Release Date:

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə 15-16 may tarixlərində baş tutan foruma Maliyyə Monitorinqi Xidməti tərəfdaş qismində qatılıb. Xidmətin nümayəndələri “Bank və maliyyə ekosistemində yeni trendlər” adlı maliyyə və texnologiyalar sərgisində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə (ƏL/TMM) mövzusuna ayrılmış paneldə məruzə ilə çıxış edib. 

Xidmətin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyevin moderatorluğu ilə baş tutan panel müzakirələrdə Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev, Xidmətin İdarə Heyətinin sədr müavini Azər Abbasov, Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin direktoru Nurlan Babayev, Kapital Bankın Komplayens departamentinin direktoru Almaz Musayeva, habelə müvafiq sahənin müstəqil beynəlxalq eksperti İqor Nebıvayev, eləcə də Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin məsləhətçisi Aleksandra Bobilkova iştirak ediblər. 

Spikerlər müvafiq olaraq “FİNTEX şirkətlərinin maliyyə fəaliyyətlərinə ƏL/TMM nəzarəti”, “Yeni ödəniş metodları və ƏL/TMM riskləri”, “Ödəniş təşkilatları və elektron pul təşkilatlarının ƏL/TMM sahəsində rolu”, “Fintek şirkətləri və bankların KYC tələbləri üzrə təhlil” və digər mövzularda mövcud çağırışlar və həll yollarından danışıb. 

Müzakirələr sual-cavab sessiyası ilə yekunlaşıb.

Previus news:
Next news: