Cari ilin 19 aprel tarixində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə “Əməliyyat-axtarış fəaliyyətinin nəticələri - cinayət mühakimə icraatı perspektivində” adlı təlim keçirilib.
Maliyyə Monitorinqi Xidmətinin müvafiq sahə üzrə peşəkar mütəxəssisi Aytən Mirzəzadə sözügedən təlimdə məruzəçi qismində iştirak edib. “Əməliyyat-axtarış fəaliyyəti, törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumata baxılması zamanı Maliyyə Monitorinqi Xidmətinin məlumat və təhlillərdən istifadə imkanları” mövzusunda təqdimat nümayiş etdirən A. Mirzəzadə Xidmətin istifadə hüququ olan informasiya sistemlərindən danışıb və hər biri üzrə ətraflı məlumat verib.
Sonda təlimçilər iştirakçıları maraqlandıran sualları cavablandırıb, qarşılıqlı müzakirələr aparılıb.
Qeyd edək ki, sözügedən tədbirdə əməliyyat-axtarış fəaliyyəti sahəsində çalışan 26-ya yaxın əməkdaş iştirak edib.