MMX Azərbaycanda ƏL/TMM məqsədi ilə bir sıra hökumət qurumları/dövlət orqanları ilə sıx əməkdaşlıq edir..
Maliyyə kəşfiyyatı və şübhəli əməliyyatlarına dair məlumatların müvafiq dövlət orqanları arasında mübadiləsi ölkəmizdə ƏL/TMM mənzərəsinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verir, cinayət fəaliyyətini aşkarlamaq və qarşısını almaqda yardımçı olur. Bu tərəfdaşlıq nəticəsində MMX milli təhlükəsizliyin və iqtisadi sistemin müvafiq dövlət orqanları/qurumları ilə birlikdə gücləndirməyə çalışır.
Belə ki, MMX üçün ƏL/TMM üzrə aidiyyəti dövlət orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın təmin edilməsi və müxtəlif sahələri əhatə edən fəaliyyətlərin əlaqələndirilməsi ön planda dayanır.
ƏL/TMM sahəsində fəaliyyət göstərən orqanlar arasında əməkdaşlıq müvafiq hüquqi-normativ aktlar əsasında təmin olunur. Əməkdaşlığın əsas istiqamətləri kimi ƏL/TMM sahəsində (i) qarşılıqlı informasiya mübadiləsi; (ii)məlumat bazalarından birgə istifadənin təmin edilməsi; (iii) hüquqi yardım sorğularının cavablandırılması; (iv) birgə tədqiqatların aparılması, analitik və metodiki materialların hazırlanması; (v) normativ xarakterli aktların birgə hazırlanması; (vi) konfransların, seminarların və təlimlərin təşkili üzrə tədbirlərin həyata keçirilməsini əhatə edir.
Ölkədaxili əməkdaşlıq həmçinin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin ölkə risk qiymətləndirilməsi üzrə Koordinasiya Şurası çərçivəsində müvafiq qaydada aparılır.
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, MMX ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən aidiyyəti orqanlar aşağıdakılardır: