«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) əsasən auditor xidməti göstərən şəxslərin müvafiq hüquq və vəzifələri mövcuddur.
monitorinq olunmalı əməliyyatlar barədə məlumatları Qanunun tələblərinə uyğun olaraq vicdanla maliyyə monitorinqi orqanına təqdim etdikdə, bank sirri və ya qanunla qorunan digər sirrin yayılmasına, eləcə də məlumatın yayılması nəticəsində dəymiş maddi və mənəvi ziyana görə məsuliyyətə cəlb olunmama;
maliyyə monitorinqi orqanına təqdim edilmiş məlumatların müqabilində əldə edilmiş nəticələr haqqında məlumatlandırılma.
müştəri və benefisiarın eyniləşdirilməsi və verifikasiyası;
işgüzar münasibətlərin məqsədi və mahiyyəti barədə məlumatın müştəridən əldə edilməsi və həmin məlumatların mütəmadi qaydada yeniləşdirilməsi;
yüksək riskli əməliyyatlara dair əlavə eyniləşdirmə tədbirlərinin tətbiq edilməsi;
müştərinin və ya benefisiarın xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə dair tədbirlərin görülməsi;
bütün mürəkkəb, iri həcmli qeyri-adi, habelə açıq aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatları təyinatının və mahiyyətinin aydınlaşdırılması, bununla əlaqədar yazılı hesabatın tərtib olunması;
müvafiq sənədlərin ən azı beş il müddətində saxlanılması;
Qanunla tələb olunduqda daxili nəzarət sistemlərinin hazırlanması və tətbiqi;
mövcud olduqda, xarici filialları və törəmə hüquqi şəxsləri tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tələblərə əməl edilməsi onların yerləşdiyi ölkənin qanunvericiliyi ilə qadağan olunursa, bu barədə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə yazılı məlumat təqdim etmək;
müştərilərinin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq, işgüzar münasibətləri Qanunun qüvvəyə minməsinə qədər yaranmış və hal-hazırda davam edən müştərilərinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlərin görülməsi;
texnoloji vasitələrdən istifadə etməklə birbaşa əlaqə qurmadan yaradılan işgüzar münasibətlərin və ya aparılan əməliyyatların tənzimlənməsinə dair daxili qayda və prosedurlara malik olmaq;
maliyyə monitorinqi orqanının müvafiq sorğusuna əsasən əlavə məlumatları təqdim etmək;
Qanunun tələblərinə əməl edilməsi ilə bağlı nəzarət prosedurları ilə əhatə olunmaq.