You are here: 

Tipologiyalar

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Maliyyə Monitorinqi Xidməti (MMX) tərəfindən müvafiq tipologiyalar hazırlanır. Tipologiyalar pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsində istifadə olunan əsas sxemlərə dair ümumiləşdirilmiş məlumatı özündə əks etdirir. Beynəlxalq təcrübəyə uyğun olaraq, MMX tərəfindən tipologiyalar maliyyə araşdırmalrının təhlili əsasında hazırlanır, pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sxemlərinin aşkarlanmasının səmərəliliyinin artırılması məqsədini güdür. Tipologiyalar əsasən monitorinq subyektləri, hüquq mühafizə və nəzarət orqanlarının pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində müşahidə olunan tendensiyalar haqqında mütəmadi şəkildə məlumatlandırılmalarına imkan yaradır.