You are here: 

Ümumi məlumat

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanının 2.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 451 nömrəli Qərarı ilə Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılmışdır.

Azərbaycan Respublikası Baş nazirinin müavininin sədrliyi ilə fəaliyyət göstərən Koordinasiya Şurasının başlıca məqsədi Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) Metodologiyasının 1-ci Tövsiyəsinə (Risklərin qiymətləndirilməsi və risk yönümlü yanaşmanın tətbiqi) uyğun olaraq, ƏL/TM/KQSYMM sahəsində ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsini təmin etməkdir.   

Şuranın katiblik funksiyası Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə həvalə edilmişdir.

Şuranın əsas funksiyaları:

  • cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun ƏL/TM/KQSYMM sahəsində ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsi;

 

  • müvafiq sahədə ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə ölkədaxili əlaqələndirmənin təmin edilməsi, işçi qrupların yaradılması və onların fəaliyyətinə nəzarət edilməsi, zəruri məlumatların əldə edilməsi, habelə bu prosesdə aidiyyəti dövlət qurumları və özəl sektor nümayəndələri ilə müsahibə və görüşlərin təşkili üçün tədbirlərin görülməsi;

 

  • ölkə risk qiymətləndirilməsinin yekunlarına dair hesabatın hazırlanması və qəbulu, bu hesabatın ölkə risk qiymətləndirilməsinin bütün iştirakçılarına və digər şəxslərə göndərilməsinin təmin edilməsi;

 

  • ölkə risk qiymətləndirilməsi nəticəsində aşkar olunmuş risklərin idarə edilməsi məqsədilə hədəflərin müəyyən edilməsi və buna uyğun olaraq zəruri tədbirlərin görülməsi, müvafiq plan layihələrinin hazırlanması, habelə həmin hədəflərə nail olunmasına cari nəzarətin həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik əsasda məlumat verilməsi;

 

  • müvafiq sahədə fəaliyyət planlarının icrasına nəzarət edilməsi, aidiyyəti qurumlar tərəfindən təqdim edilən hesabatların qəbulu və görülmüş işlərin icrasının mütəmadi qiymətləndirilməsi;

 

  • müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə normativ hüquqi aktların layihələrinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;

 

  • müvafiq sahədə milli səviyyədə fəaliyyət effektivliyinin artırılması məqsədilə təkliflərin verilməsi, qərarların qəbul edilməsi və həmin qərarların icrasına nəzarətin həyata keçirilməsi;

 

  • müvafiq sahədə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikasına münasibətdə təqdim edilmiş tövsiyələrin icrası üçün ölkədaxili əlaqələndirmənin təmin edilməsi və bu çərçivədə fəaliyyətlərin icrasına nəzarət edilməsi;

 

  • müvafiq sahədə aidiyyəti qurumlar arasında ölkədaxili cari fəaliyyətin əlaqələndirilməsinin təmin edilməsi və bu məqsədlə formalaşdırılmış əməkdaşlıq platformalarının fəaliyyətinə nəzarət edilməsi.