You are here: 

Rəhbərlik

Zaur İntiqam oğlu Fətizadə
İdarə Heyətinin sədri

Zaur İntiqam oğlu Fətizadə

1971-ci ildə Bakı şəhərində anadan olub.

1988-ci ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına daxil olub, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun maliyyə və kredit fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1987-ci ildə fəhlə kimi başlayıb, 1988-ci ildə “Xətti istismar İdarəsində” iqtisadçı vəzifəsində çalışıb.

1993-1994-cü illərdə dövlət və özəl sektorda mühasib kimi çalışmış və 1994-cü ildən başlayaraq əmək fəaliyyətini vergi orqanlarında müxtəlif vəzifələrdə davam etdirib.

2004-cü ildən vergi orqanlarında rəhbər vəzifələrdə işləyib.

2009-2015-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində çalışıb.

2015-2019-cu illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində nazirin müşaviri, departament rəisi, baş idarə rəisi və departamentin baş direktoru vəzifələrini icra edib.

2019-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Beynəlxalq vergitutma və vergi monitorinqi” və “Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət” Baş idarələrinin rəisi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.

2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Ailəlidir, 2 övladı var.