Azərbaycan Respublikası Maliyyə Monitorinq Xidmətinin (MMX) rəsmi internet səhifəsi www.fiu.az yenilənmiş dizaynda istifadəyə verilib.
2 dildə (Azərbaycan və ingilis) hazırlanmış yeni sayt istifadəçilərin rahatlığını təmin etmək üçün həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılmış, elektron xidmətlərin həcmi genişləndirilmiş və yeni bölmələr əlavə edilmişdir.
Yeni korporotiv saytda MMX-nın fəaliyyəti, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinin (PL/TM) qarşısının alınması sahəsində rolu, apardığı beynəlxalq və ölkədaxili əməkdaşlığı və PL/TMM sisteminin milli risk qiymətləndirilməsini mütəmadi həyata keçirmək məqsədilə yaradılmış Koordinasiya Şurasının fəaliyyəti və keçirilən iclasları barədə məlumat verilmişdir.