You are here: 
Münzen ges

MMX əməkdaşı Beynəlxalq Terrorçuluqla Mübarizə konfransında çıxış edib

Release Date:

MMX-nin Əməkdaşlıq departamentinin direktoru, EGMONT Qrupunun Üzvlük, Dəstək, Uyğunluq alt işçi qrupunun sədr müavini Fuad Əliyev Qlobal Terrorçuluqla Mübarizə Şurasının video-konfrans formatında təşkil etdiyi Beynəlxalq Terrorçuluqla Mübarizə  tədbirində iştirak edib.

Cari ilin 20 yanvar tarixində baş tutmuş tədbirdə Fuad Əliyev Qlobal Terrorçuluğun Maliyyələşdirilməsi: Strategiya və Metodologiyalar mövzusunda çıxış edərək terrorçuluğun maliyyələşdirilməsinin növləri, törətdiyi risklər, xüsusi indikatorlar və Azərbaycanın bu sahədə təcrübəsi kimi mühüm məqamlara toxunub. 

Qeyd edək ki, Qlobal Terrorçuluqla Mübarizə Şurası Hindistanın Nyu Dehli şəhərində yerləşən və milli təhlükəsizliyi təhdid edən məsələləri işıqlandırmaq məqsədilə ictimai-ruhiyyəli şəxslər tərəfindən idarə olunan bir mərkəzdir. Şuranın məqsədi terrorçuluğun insana və milli təhlükəsizliyə təhdid olduğuna dair qlobal şüuru oyatmaq, onunla mübarizə yollarını və bu istiqamətdə mövcud ehtiyacları araşdırmaqdır.

Virtual tədbirə dünyanın 50-dən çox ölkəsini təmsil edən 200-dən çox nümayəndə qatılıb.

 

 

 

 

 

Previus news:
Next news: