You are here: 
Münzen ges

Maliyyə axınlarının təhlili vasitəsilə terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi mövzusunda seminar keçirilib

Release Date:

Cari ilin 20 iyun tarixində Aİ/AŞ-nın Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı II “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” layihəsi çərçivəsində Maliyyə Monitorinqi Xidmətinin həmtəşkilatçılığı ilə “Maliyyə axınlarının təhlili vasitəsilə terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi" mövzusunda videokonfrans formatında seminar keçirilmişdir.

Seminarın açılışında AŞ Bakı ofisinin rəhbəri cənab Zoltan Hernyes və Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin direktoru cənab Fuad Əliyev çıxış edərək iştirakçıları salamlayıb, habelə mövzunun aktuallığı və əhəmiyyətindən danışıb.

Daha sonra  AŞ-nin eksperti Klaudijo Stroliqo terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı xarici təhdidlərin və zəifliklərin qiymətləndirilməsi haqqında danışıb və iştirakçıları maraqlandıran sualları cavablandırıb. 

Tədbirin davamında ekspert terror aktivliyi yüksək olan ölkələrdən daxil olan və bu ölkələrə göndərilən maliyyə axınlarının qiymətləndirilməsi və onların terrorçuluğun maliyyələşdirilməsi risklərinə təsiri  və Terrorçuluğun maliyyələşdirilməsi riski anlayışının artırılması məqsədilə maliyyə axınlarının terrorçuluğun maliyyələşdirilməsi təhdidləri və zəiflikləri kimi müəyyən edilməsi üçün əsas göstəricilər barəsində auditoriyaya geniş məlumat verib və seminarı sual-cavab sessiyası ilə bitirib.

Qeyd edək ki, tədbirə HMO və nəzarət orqanlarından 30-a yaxın iştirakçı qatılmışdır.

 

 

 

 

Previus news:
Next news: