21 iyun 2022-ci il tarixində AmCham Hüquq və Uyğunluq Komitəsi “Müəssisələrin PL ilə mübarizə və Ticarət Sanksiyaları haqqında bilməli olduqları məsələlər” mövzusuna həsr olunmuş aylıq iclasını keçirdi.
İclasa məruzəçilər “Baker Hughes Services International” Azərbaycan və Gürcüstan nümayəndəliyinin rəhbəri cənab Zaur Allahverdizadə, Maliyyə Monitorinqi Xidmətinin Nəzarət departamentinin direktoru cənab Nurlan Babayev və Deloitte Legal Azərbaycan şirkətinin baş idarə əməkdaşı Əminə Baxşıyeva dəvət olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Hüquq və Uyğunluq Komitəsinin sədri Kamil Vəliyev iclas iştirakçılarını salamlayıb, qonaqları təqdim edib və tədbir haqqında mühüm məlumatlar verib.
Birinci hissədə cənab Zaur Allahverdizadə və Əminə xanım Baxşıyeva öz təcrübələrini, fikirlərini və qabaqcıl təcrübələrini tamaşaçılarla bölüşdülər.
Görüşün ikinci hissəsində cənab Nurlan Babayev “OFAC Sanksiyaları: Sizi niyə maraqlandırmalıdır” mövzusunda geniş təqdimatla çıxış etdi.
Tədbir fəal sual-cavab sessiyası ilə davam etdi, burada iştirakçıların bütün sualları və onları narahat edən məsələlər məruzəçilər tərəfindən cavablandırıldı.
Görüşün sonunda cənab Kamil Vəliyev çıxış edənlərə və sessiya iştirakçılarına fəal iştiraklarına görə təşəkkürünü bildirdi.