You are here: 
Münzen ges

MMX əməkdaşı Şimali Makedoniya Respublikasının MONEYVAL qiymətləndirilməsi prosesində iştirak edib

Release Date:

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı Fuad Əliyev Şimali Makedoniyanın qarşılıqlı qiymətləndirilməsi çərçivəsində Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndiricilər qrupunun tərkibində 21 sentyabr- 4 oktyabr tarixlərində sözügedən ölkədə səfərdə iştirak edib. Qiymətləndirmə qrupu, FATF metodologiyasına əsasən, ölkənin pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin texniki uyğunluq və effektivlik parametrləri üzrə məlumatlar toplayıb təhillər apararaq hesabat hazırlayıb.

Qeyd edək ki, qiymətləndirmə qrupu MONEYVAL Katibliyinin üzvlərinin köməyi ilə hüquq, maliyyə və hüquq-mühafizə sahəsində təcrübəyə malik MONEYVAL ekspertlərindən ibarətdir.

Səfər zamanı PL/TMM ilə məşğul olan nəzarət orqanlarının, cinayət ədliyyə sisteminin və əməliyyat qurumlarının nümayəndələri ilə çoxsaylı görüşlər keçirilib. Qiymətləndirmə qrupu həmçinin özəl sektorun nümayəndələri (o cümlədən banklar, virtual aktivlər üzrə xidmət təminatçıları, notariuslar, daşınmaz əmlak agentləri, kazinolar və s.) və qeyri-kommersiya təşkilatlarının nümayəndələri ilə görüşüb.

Yekun qiymətləndirmə hesabatının 2023-cü ilin may ayında MONEYVAL-ın 65-ci Plenar iclasında müzakirəsi və qəbulu planlaşdırılır.

Previus news:
Next news: