Release Date:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmiş Zaur Fəti-zadə kollektivə təqdim olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Zaur Fəti-zadəni təyinat münasibətilə təbrik edib, Xidmət rəhbəri kimi fəaliyyətində uğurlar arzulayıb. Nazir pul vəsaitlərinin cinayət yolu ilə əldə edilməsi və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rolunu vurğulayıb.
Zaur Fəti-zadə yüksək etimada görə dövlət başçısına minnətdarlığını ifadə edib, qarşıya qoyulmuş vəzifələrin icrası üçün səylərini səfərbər edəcəyini bildirib.