Release Date:
Cari ilin 5 iyul tarixində Əbu-Dabi şəhərində Eqmont Qrupunun plenar iclası çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Fələstinin Maliyyə Təqibi Qurumu arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının, əlaqəli predikat cinayətlərin və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına (ƏL/TMM) dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun imzalanmasında məqsəd hər iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına doğru irəliləmək, habelə ƏL/TMM sahəsində effektiv məlumat mübadiləsini inkişaf etdirməkdir. Bununla da, iki ölkə arasındakı mövcud olan diplomatik münasibətlər ƏL/TMM sahəsində də dərinləşəcək, yeni, daha sıx mərhələyə qədəm qoyacaqdır.