You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidməti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Release Date:

Cari ilin 19 iyul tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri cənab Zaur Fətizadə və Dövlət Vergi Xidmətinin rəisi cənab Orxan Nəzərli imzalayıb.

Bu Anlaşma Memorandumunun imzalanması ilə bundan sonra iki qurum arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müntəzəm və effektiv məlumat və təcrübə mübadiləsi mexanizmi yaradılacaq və bu sahədə səmərəliliyin artırılması məqsədilə tərəflər arasında birgə fəaliyyət koordinasiya ediləcək və əməkdaşlıq gücləndiriləcəkdir.

Previus news:
Next news: