Cari ilin 20 və 24 iyul tarixində Maliyyə Monitorinqi Xidməti və Notariat Palatasının birgə təşkilatçılığı ilə Ədliyyə Akademiyasının inzibati binasında notariuslara “Notariusların cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində öhdəlikləri” mövzusunda təlim keçirilib.
Təlim cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə notariusların vəzifələri və bu sahədə qanunvericiliyin yeni tələblərinin tətbiqi, qabaqcıl beynəlxalq təcrübə haqqında məlumatlandırma məqsədi lə təşkil olunub.
Təlimdə Notariusların ƏL/TMM sahəsindəki rolu, əsas öhdəlikləri, və Notariusların şübhəli əməliyyatlar barədə məlumat vermək öhdəliyi və hesabat forması Maliyyə Monitorinqi Xidmətinin Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşları Aytən Mirzəzadə və Kifayət Nəsirli tərəfindən auditoriyanın diqqətinə çatdırılıb, auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, hər iki təlimdə ümumilikdə 70-ə yaxın notarius iştirak edib.