Cari ilin 29 yanvar və 2 fevral 2024-cü il tarixlərində Maltanın San-Culian şəhərində Eqmont Qrupunun nümayəndələri, beynəlxalq tərəfdaşlar və müşahidəçilərin iştirakı ilə 24-cü işçi və regional qrupların növbəti görüşləri keçirlib.
MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Üzvlük, Dəstək və Uyğunluq, Texniki yardım və Təlim, Məlumat mübadiləsi işçi qrupun görüşlərində, eləcə də Azərbaycanın daxil olduğu Avropa 2 regional qrupunun iclasında fəal iştirak edib. Zaur Fətizadə həmçinin MMO rəhbərlərinin görüşündə iştirak edib. Görüşdə məlumat mübadiləsi sahəsində yeni texnologiyaların tətbiqi və digər cari məsələlər müzakirə edilib.
Qlobal təşkilat kimi Eqmont Qrupu üzv MMO-lar arasında məlumat, bilik və əməkdaşlıq mübadiləsini asanlaşdırır və təşviq edir, habelə onlara əmlakın leqallaşdırılması, əlaqəli cinayətlər və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üçün təcrübə və maliyyə kəşfiyyatı mübadiləsi üçün təhlükəsiz platforma təqdim edir.
Qeyd edək ki, görüşlərdə 170 üzv ölkənin və beynəlxalq təşkilatların 400-dən çox nümayəndəsi qatılmışdır.