Cari ilin 11 oktyabr tarixində “Paşa Bank” ASC-nin təşkil etdiyi “Rəqəmsal dövrün hüquq və komplayns çağırışları” mövzusunda konfransda Maliyyə Monitorinqi Xidmətinin Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin direktoru, ƏL/TMM sahəsində peşəkar mütəxəssis və təlimçi Nurlan Babayev məruzə ilə çıxış edib.
Yerli və beynəlxalq ekspertləri bir araya gətirən tədbirə hüquq və komplayns sahəsində yeni texnologiyaların vəd etdiyi imkanlar və müasir çağırışlar müzakirə olunub.
N. Babayev tədbirdə “Gələcəyə baxış: hüquq və komplayns dayanıqlı inkişafın əsas elementi kimi” panelinin spikeri kimi tədbirə qatılıb və mövzu üzrə çıxış edib.
Tədbirdə dövlət qurumları, özəl şirkətlərdən yüksək menecerlər, eləcə də sığorta şirkətləri və banklardan komplayns və tənzimləmə sahəsində ixtisaslaşmış 100-ə yaxın iştirakçı qatılıb.




