You are here: 
Münzen ges

MMX və Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Release Date:

Cari ilin 31 yanvar tarixində Malta Respublikasının San-Culyan şəhərində Eqmont Qrupunun işçi və regional qruplarının görüşləri çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının, əlaqəli predikat cinayətlərin və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına (ƏL/TMM) dair Anlaşma Memorandumu imzalanıb. 

Memorandumun imzalanmasında məqsəd hər iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasını təmin etmək, habelə ƏL/TMM sahəsində effektiv məlumat mübadiləsini inkişaf etdirməkdir. Bununla da, iki ölkə arasındakı mövcud olan diplomatik münasibətlər ƏL/TMM sahəsində də dərinləşəcək, yeni, daha sıx mərhələyə keçəcəkdir.

Previus news:
Next news: