Cari ilin 12-14 sentyabr tarixlərində Fransanın Strasburq şəhərində Azərbaycan Respublikasının Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən 5-ci raund qarşılıqlı qiymətləndirilməsinin növbəti mərhələsi olaraq MONEYVAL Katibliyi və qiymətləndiricilərlə üz-üzə görüşlər təşkil edilib.
Görüşlərdə iştirak etmiş Azərbaycan nümayəndə heyətinə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri cənab Zaur Fətizadə rəhbərlik edib. Səfər çərçivəsində qiymətləndirmə hesabatının layihəsi müzakirə edilib, həmçinin texniki uyğunsuzluqlar aradan qaldırılıb.
Nümayəndə heyəti Mərkəzi Bank, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Təhlükəsizliyi Xidmətinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində ixtisaslaşmış əməkdaşlarından ibarət olub.
Qeyd edək ki, qiymətləndirmənin nəticəsi olaraq yekun hesabat dekabr ayında keçiriləcək Plenar iclasda təqdim ediləcəkdir.