You are here: 
Münzen ges

Vəkillərə və öhdəlik daşıyan şəxslərə təlim keçirilib

Release Date:

Cari ilin 28 iyun tarixində Maliyyə Monitorinqi Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” mövzusunda təlim keçirilib.

Xidmətin əməkdaşları Nurlan Babayev, Kifayət Nəsirli və Nilufər Abdullayeva müvafiq olaraq “Qeyri-maliyyə institutları və peşə sahiblərinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsindəki rolu”, “Müştəri profili üzrə risk qiymətləndirilməsinin aparılmasının əhəmiyyəti” və “Müştəri uyğunluğu tədbirlərinin tətbiqində qarşıya çıxan çətinliklər” mövzuları üzrə məruzə ilə çıxış edib.

Təlimin sonunda vəkillər və öhdəlik daşıyan şəxslər tərəfindən ünvanlanan suallar cavablandırıb, mövzular barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlimdə ümumilikdə 76 nəfər dinləyici iştirak edib.

Previus news:
Next news: