You are here: 
Münzen ges

"Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin Siyahısı”na dəyişiklik edilib

Release Date:

2024-cü il 29 mart tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti 182 nömrəli Qərar qəbul edib. Bu Qərarla “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu”nun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin Siyahısı”na dəyişiklik edilmişdir.

Dəyişikliyə əsasən, öhdəlik daşıyan şəxslər tərəfindən yüksək riskli zona və yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda və digər ödəniş xidməti təchizatçılarında hesaba malik olan şəxslərlə işgüzar münasibətlər və ya maliyyə əməliyyatları məhdudlaşdırıla bilər.

 

Qərarın tam mətninə keçid: https://nk.gov.az/az/senedler/qerarlar/odenis-xidmetleri-ve-odenis-sistemleri-haqqinda-az-7941 

Previus news:
Next news: