Maliyyə Monitorinqi Xidməti (MMX) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə (ƏL/TMM) tədbirlərini gücləndirmək məqsədilə görüş keçirib. Görüşdə dini qurumların spesifik xüsusiyyətlərinə uyğunlaşdırılmış risk qiymətləndirmələrinin aparılmasının zəruriliyi və maliyyə cinayətləri risklərinin azaldılmasına yönəlmiş əsas aspektlər müzakirə olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalarda ƏL/TMM-ə uyğunluğu qiymətləndirmək üçün apardığı nəzarət yoxlamaları ilə bağlı fikirlərini bölüşüb. Görüş iştirakçıları dini qurumların sui istifadə edilməsi risklərinin minimuma endirilməsi qaydaları və prosedurların yaradılmasının vacibliyi qeyd edilib.
Görüş zamanı dini qurumlar tərəfindən təqdim olunacaq standartlaşdırılmış maliyyə hesabatı forması da müzakirə edilib.
Görüş hər iki qurumun rəhbər vəzifəli şəxsləri qurumlararası davamlı əməkdaşlığın daha da möhkəmləndirilməsinin istiqamətində atılmalı addımların, habelə ölkəmizdə maliyyə sisteminin bütövlüyünün və dini qurumları cinayət risklərindən qorumaq üçün birgə öhdəliklərin müzakirəsi ilə başa çatıb.